vətəndaş müharibəsi

the civil war гражданская война
Vətən viranə də olsa, cənnətdir.
Vətənə gəldim imana gəldim.
OBASTAN VİKİ
Vətəndaş müharibəsi
Vətəndaş müharibəsi eyni dövlət (və ya ölkə ) daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq və hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. Bu termin eramızdan əvvəl 1-ci əsrdə Roma Respublikasının müxtəlif vətəndaş müharibələrinə istinad etmək üçün istifadə edilən kalka lat. bellum civile sözündəndir. Müasir vətəndaş müharibələrinin əksəriyyəti kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verir. Amerikalı professor, politoloq Patrik M. Reqan "Vətəndaş müharibələri və xarici güclər" (2000) kitabında qeyd etmişdir ki, İkinci Dünya Müharibəsinin sonu ilə 2000-ci il arasında 138 dövlətdaxili münaqişənin təxminən üçdə ikisi beynəlxalq müdaxilə ilə həyata keçirilib. Vətəndaş müharibələri çoxlu sayda insan itkisi və əhəmiyyətli resursların istehlakı ilə nəticələnə bilər. 20-ci əsrin birinci yarısında eyni vaxtda beşdən çox vətəndaş müharibəsi baş vermədiyi halda Soyuq Müharibənin sonuna yaxın 20-dən çox eyni vaxtda vətəndaş müharibəsi baş verdi. 1945-ci ildən bəri vətəndaş müharibələri 25 milyondan çox insanın ölümü, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Vətəndaş müharibələri çox vaxt iqtisadi çöküşlə nəticələnir.
ABŞ Vətəndaş müharibəsi
Amerika vətəndaş müharibəsi (1861–1865) – Şimalla (İttifaqla) Cənub quldar ştatları arasında vətəndaş müharibəsi. Avraam Linkolnun prezident seçilməsinə cavab olaraq quldarlar cənub ştatlarını İttifaqdan ayırmağı qərara aldılar və müharibəyə hazırlaşmağa başladılar. 1861-ci ilin fevralında Montqomeri şəhərində Cənub ştatları Konfederasiya yaradıldı. Konfederasiya ABŞ-nin 34 ştatından 11-ni birləşdirdi. 1861-ci il aprelin 14-də cənublular Fort-Samteri tutdu. Bununla da müharibə başlandı. 1861-ci il iyulun 21-də Şimal ordusu (35 min) Manassas şəhərində, oktyabrda isə Bols-Blaff yaxınlığındakı döyüşlərdə məğlub edildi. İkinci dövründə (1863–1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular.
Amerika Vətəndaş Müharibəsi
Anqola Vətəndaş Müharibəsi
Anqolada vətəndaş müharibəsi — 1974-cü ilin aprelində yalnız müstəqilliyini əldə etmiş Anqola Portuqaliyanın himayəsindən çıxdıqdan sonra meydana gələn bir münaqişədir. Afrikadakı ən uzun sürən münaqişəsidir. Rəsmi olaraq 2002-ci ildə sona çatan və 27 il davam edən müharibə, 500 min insanın ölümünə və minlərlə insanın köçünə səbəb oldu. Üçüncü dünya ölkələrində Soyuq müharibənin ən böyük əks olunduğu bu müharibədə üç tərəf var: Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı əsasını Sovet İttifaqı və Şərq Bloku ilə əlaqəsi olan Kimbundu və Luanda hibridlərindən gəlir. Anqola Milli İstiqlal Cəbhəsi (FNLA) etnik baxımdan Bakongoda köklü idi, lakin ABŞ, Çin və Zairdə ki Mobutu rejimi ilə əlaqələndirildi. Anqolanın Tam Müstəqilliyi Uğrunda Milli Birliyi Jonas Savimbinin rəhbərliyi ilə Ovimbund bölgəsində idi. ABŞ, Cənubi Afrikadakı aparteid rəhbərliyinin və bir çox Afrika liderinin dəstəyini aldı. == Müharibənin səbəbləri == 1950-ci illərdə Portuqalların Anqoladakı varlığına qarşı ilk ciddi millətçi hərəkatlar başladı. Marksizm yönümlü bir təşkilat olan Anqolanın İstiqlal Naminə Xalq Hərəkatı, Anqolanın müstəqillik hərəkatının hərəkətverici qüvvəsinə çevrildi. Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının əsas dayanağı Bambundular idi.
Finlandiya vətəndaş müharibəsi
Finlandiya vətəndaş müharibəsi — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi. Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı. Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü işçi hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı.
Göytürk vətəndaş müharibəsi
Göytürk vətəndaş müharibəsi - Taspar xaqanın ölümündən sonra baş vermiş hakimiyyət uğrunda daxili savaş idi. == Yaranması == Taspar xaqan ölümündən öncə Muğan xaqanın oğlu Apa xaqanı vəsiyyət etsə də onun belə bir hüququ olmadığı üçün Qurultay buna qarşı çıxdı və Amrak xaqanı seçdi. Apa xaqanın taxta çıxmasını İstəmi xaqanın oğlu Tardu, Amrak xaqanı isə İşbara dəstəkləyirdi. == Parçalanma == İşbara xaqan Ötükəndə qərarlaşmışdı.Tardu Qərb zonasında hakimiyyətdə idi. Amrak xaqan indiki Ulan Bator ətrafında, Apa isə daha şimalda idi. == Müharibə == Apa İşbaraya qarşı Bumın xaqanın qardaşları Tardu və Tamqanın simasında müttəfiq tapdı.İşbara xaqan bu gücə qarşı gələ bilməyəcəyini bildiyi üçün Suy imperiyası ilə ittifaq bağladı. 584-cü ildə İşbaranın orduları Apanın çadırlarına basqın etdi və onun anası da daxil olmaqla bir çox adamı öldürdü. Apa məğlubiyyətdən sonra Tardunun dəstəyini itirdi və Buxaraya çəkildi. 587-ci ildə isə İşbara və Apa ikisi də öldü. Dövlət iki yerə bölündü.
Gürcüstan vətəndaş müharibəsi
Gürcüstan vətəndaş müharibəsi (gürc. საქართველოს სამოქალაქო ომი) — Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrində etnik qruplar arasındakı qarşıdurmalardan başqa 1991-ci ilin Dekabr ayının 22-dən, 1993-cü ilin Dekabr ayının 31-ə qədər davam edən şiddətli hərbi zərbələrdən ibarət olan hərbi münaqişə. == Etnik Münaqişələr == Etnik azlıq separatçı hərəkatlərı başda Osetinlər və Abxazlar olmaqla 1990-cı illərin əvvəllərində yeni nizam içində tanınmağı tələb etdi. Yeni qazanılan milli imtiyazlarını müdafiə edən Gürcüstan, separatizmi zorla məhdudlaşdırmaq üçün hərbi təşəbbüslərlə cavab verdi. 1991-ci ilin Yanvar ayının 5-də Gürcüstanın Milli Gözətçiləri, Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldu və şəhər içində döyüş baş verdi. Gürcüstan-Cənubi Osetiya münaqişələri, Qamsaxurdiya hökumətinin qarşılaşdığı ilk böyük böhran idi. SSRİ-nin dağıldığı zaman, Amerika Birləşmiş Ştatları hökuməti (Franklin Delano Ruzvelt həmən ilin axırlarında Kreml ilə diplomatik əlaqələr qurmuşdur) ölkənin 1933-cü ildəki sərhədlərini qanuni olaraq tanıyır. Çünki bu, Corc Herert Uoker Buş administrasiyası Baltik ölkələrinin SSRİ-dən ayrılmasını dəstəkləyirdi, amma Azərbaycan, Gürcüstan, Ermənistan habelə Qafqaz haqqında bitərəf idi və bunu SSRİ-nin daxili işləri olaraq hesab edirdi. == Vətəndaş İğtişaşı == Müxalifətin Zviad Qamsaxurdiya hökuməti əleyhinə olan fəaliyyəti, 1991-ci ilin payız fəslində, sonradan şiddətli vuruşmalara çevrilən kəskin bir siyasi mübahisə yaratdı. 2 sentyabrda Tbilisidə reallaşan geniş bir müxalifət nümayişinin polis tərəfindən dağılmasının ardından bir neçə müxalif həbs olundu və müxalifət tərəfdarı qəzetlər bağlanıldı.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Livan vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Livanda vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Liviya vətəndaş müharibəsi
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Nepal vətəndaş müharibəsi
Nepal vətəndaş müharibəsi (1996–2006) — 13 fevral 1996-cı ildə ölkənin qərbindəki Maoistlərin silahlı dəstələrinin başlatdığı Maoistlər və Nepal kral hakimiyyəti arasında silahlı qarşıdurma. Maoistlər "Nepal Xalq Cümhuriyyəti" təsis etmək məqsədi ilə "Nepal xalq müharibəsi" elan etdilər və tədricən ölkənin bir hissəsinə nəzarəti qurdular. 2001-ci ildə kral Maoistlərə qarşı ordunun istifadəsini əmr etdi (əvvəllər yalnız polis hərbi əməliyyatlarda iştirak edirdi). 11.500-dən çox insan öldü və 100.000–1000.000 nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. Ancaq qanunsuz silahlı dəstələrin dağıdılması nəticəsiz qaldı. Münaqişə yerli iqtisadi inkişafı iflic etdi və Nepal cəmiyyətində dərin dəyişikliklərə səbəb oldu. Monarxiya sistemi və cəmiyyətin kasta bölgüsü ilə mübarizə bəhanəsi ilə inqilabi qruplar meydana gəldi (baxmayaraq ki, qonşu Hindistanda bu qruplar əvvəllər çoxpartiyalı demokratiyada yaranmışdı). Bəziləri xaricdən Mao Tszedun ideologiyasını və metodlarını, həmçinin silahları borc aldı. Nəticədə hökumət bir sıra təcrid olunmuş ərazilərə nəzarəti itirdi. Oradakı qanuni hakimiyyət məhv edildi və kənd əhalisi orada terror rejimini quran yaraqlıların göstərişlərini yerinə yetirməyə məcbur oldu.
Rusiya vətəndaş müharibəsi
Rusiya vətəndaş müharibəsi (rus. Гражданская война в России) - 1917 - 1922-ci illərdə Oktyabr inqilabı nəticəsində hakimiyyətə gəlmiş bolşeviklərlə, çox sayıda rus muxalif qrupları arasında baş vermiş vətəndaş müharibəsi. Əsas döyüşlər Sovet Rusiyasına tabe olan Qızıl Ordu və Rusiya İmperiyasına tabe olan Bəyaz Ordu arasında getmişdir. Vətəndaş müharibəsində Sovet Rusiyasının qalib gəlməsin nəticəsində dünyada ilk sosialist hakimiyyət yaradılıdı. Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurmasında yeni mərhələ başlandı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələr: monarxistlər, mülkədar-burjua qüvvələri vahid cəbhədə birləşərək bolşevik rejiminə qarşı cihad elan etdilər. 1918-ci ilin yanvarında sovet hökuməti tərəfindən Məclisi Müəssisənin (parlamentin) buraxılması xırda burjua qüvvələrinin qarşı cəbhəyə qoşulmasına səbəb oldu. Sovet rejiminə və onun yerlərdə yayılmasına qarşı müqavimət hərəkatı bütün ölkəni bürüdü. Separatizm hərəkatı sovet rejiminə qarşı mübarizə ilə çulğalaşdı. Ucqarlara qaçmış generallar öz ətraflarına böyük silahlı qüvvə toplayaraq Sovet dövlətinə qarşı güclü cəbhə yaratdılar.
Rusiyada vətəndaş müharibəsi
Rusiya vətəndaş müharibəsi (rus. Гражданская война в России) - 1917 - 1922-ci illərdə Oktyabr inqilabı nəticəsində hakimiyyətə gəlmiş bolşeviklərlə, çox sayıda rus muxalif qrupları arasında baş vermiş vətəndaş müharibəsi. Əsas döyüşlər Sovet Rusiyasına tabe olan Qızıl Ordu və Rusiya İmperiyasına tabe olan Bəyaz Ordu arasında getmişdir. Vətəndaş müharibəsində Sovet Rusiyasının qalib gəlməsin nəticəsində dünyada ilk sosialist hakimiyyət yaradılıdı. Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurmasında yeni mərhələ başlandı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələr: monarxistlər, mülkədar-burjua qüvvələri vahid cəbhədə birləşərək bolşevik rejiminə qarşı cihad elan etdilər. 1918-ci ilin yanvarında sovet hökuməti tərəfindən Məclisi Müəssisənin (parlamentin) buraxılması xırda burjua qüvvələrinin qarşı cəbhəyə qoşulmasına səbəb oldu. Sovet rejiminə və onun yerlərdə yayılmasına qarşı müqavimət hərəkatı bütün ölkəni bürüdü. Separatizm hərəkatı sovet rejiminə qarşı mübarizə ilə çulğalaşdı. Ucqarlara qaçmış generallar öz ətraflarına böyük silahlı qüvvə toplayaraq Sovet dövlətinə qarşı güclü cəbhə yaratdılar.
Sezarın vətəndaş müharibəsi
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri. E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur.
Somali vətəndaş müharibəsi
Somalidə vətəndaş müharibəsi (1988-ci ildən) — Məhəmməd Siad Barre rejiminə qarşı bir mübarizə ilə başlayan və dövlətin çökməsinə və klanlararası müharibəyə səbəb olan çoxtərəfli silahlı qarşıdurma. Eyni zamanda, ABŞ ordusu və BMT sülhməramlıları da münaqişəyə qarışdı. 2006-cı ildən bəri, mərkəzi Somali hökuməti ilə İslam Məhkəmələri Birliyindən olan islamçılar arasında vətəndaş müharibəsi başladı. İslam məhkəmələrinin güclənməsi və hökumət qüvvələrinin məğlubiyyəti Efiopiyanı qonşu ölkəyə qoşun yeritməyə məcbur etdi. Efiopiya ordusunun Somaliyə hücumundan sonra islamçılar devrildi və bundan sonra münaqişə partizan müharibəsinə çevrildi. 2011–2012-ci illərdə Keniyanın təşəbbüsü ilə AMISOM sülhməramlı kontingentinin qüvvələri (Efiopiya ordusunun dəstəyi ilə) İslamçılara qarşı kifayət qədər uğurlu əməliyyat həyata keçirdi.
Suriya vətəndaş müharibəsi
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
Laosda vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. == Arxa plan == Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Somalidə vətəndaş müharibəsi
Somalidə vətəndaş müharibəsi (1988-ci ildən) — Məhəmməd Siad Barre rejiminə qarşı bir mübarizə ilə başlayan və dövlətin çökməsinə və klanlararası müharibəyə səbəb olan çoxtərəfli silahlı qarşıdurma. Eyni zamanda, ABŞ ordusu və BMT sülhməramlıları da münaqişəyə qarışdı. 2006-cı ildən bəri, mərkəzi Somali hökuməti ilə İslam Məhkəmələri Birliyindən olan islamçılar arasında vətəndaş müharibəsi başladı. İslam məhkəmələrinin güclənməsi və hökumət qüvvələrinin məğlubiyyəti Efiopiyanı qonşu ölkəyə qoşun yeritməyə məcbur etdi. Efiopiya ordusunun Somaliyə hücumundan sonra islamçılar devrildi və bundan sonra münaqişə partizan müharibəsinə çevrildi. 2011–2012-ci illərdə Keniyanın təşəbbüsü ilə AMISOM sülhməramlı kontingentinin qüvvələri (Efiopiya ordusunun dəstəyi ilə) İslamçılara qarşı kifayət qədər uğurlu əməliyyat həyata keçirdi.
Tacikistanda vətəndaş müharibəsi
Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, Özbəkistan və Rusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir. Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.
Çində vətəndaş müharibəsi
Çin vətəndaş müharibəsi (çin. 國共内戰) — Çin Respublikası qüvvələri ilə Çin kommunistləri arasında 1927-1950-ci illərdə (fasilələrlə) baş vermiş silahlı qarşıdurmalar seriyası. Müharibə 1927-ci ildə Şimal yürüşündən sonra, Çan Kayşinin rəhbərlik etdiyi Qomindanın sağ qanadının qərarı ilə Qomindan ilə ÇKP arasındakı ittifaqın pozulan zaman başladı. 1936-cı ilin dekabrında Qomindan generalları Çjan Syuelan və Yan Xuçen, "Sian insidenti" adlandırılan hadisə zamanı Çan Kayşini həbs etdi, hər iki tərəfin yapon işğalçılarına qarşı mübarizəyə diqqət yetirməsi üçün kommunistlərin atəşkəs təklifini qəbul etməsini məcbur etdi. Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı. Çin-yapon müharibəsi (1937—1945) Непомнин О. Е. История Китая. XX век. — М.: Институт востоковедения РАН, 2011. — 722 с.
Kambocada vətəndaş müharibəsi
Kambocada vətəndaş müharibəsi (khm. សង្គ្រាមស៊ីវិលកម្ពុជា, UNGEGN: Sângkréam Sivĭl Kâmpŭchéa) — 1967–1975-ci illərdə Kambocada baş vermiş hərbi-siyasi münaqişə. İlkin mərhələlərdə bu, kommunist partizanları (Şimali Vyetnam və Vyetkonqun nin fəal köməyi ilə) və dövlət başçısı Norodom Sianuk rejimi arasında cərəyan edirdi. Lon Nol çevrilişindən və 1970-ci ildə amerikapərəst respublikaçı rejimin qurulmasından sonra münaqişə ABŞ və Cənubi Vyetnam tərəfindən dəstəklənən ölkə hökuməti ilə Şimali Vyetnam tərəfindən dəstəklənən Kampuçiya Milli Birləşmiş Cəbhəsi arasında davam etmişdi. Burada partiya strukturları və yerli kommunistlərin silahlı birləşmələri mühüm rol oynamışdır. Müharibənin nəticəsi mərkəzi hökumətin süqutu və Kamboca cəmiyyətinin maoçu konsepsiyalar əsasında köklü şəkildə yenidən qurulması kursunu elan edən qırmızı khmerlərin hakimiyyətə gəlməsi olmuşdu. Kambocada vətəndaş müharibəsi Laos və Cənubi Vyetnamdakı döyüşlərlə yanaşı, İkinci Hind-Çin müharibəsinin bir hissəsi hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Military History Institute of Vietnam. Victory in Vietnam: A History of the People's Army of Vietnam, 1954–1975. trans.
Azərbaycanda vətəndaş müharibəsi
Yunanıstanda vətəndaş müharibəsi
Yunanıstanda vətəndaş müharibəsi (yun. Ελληνικός Εμφύλιος Πόλεμος; o Emfýlios Pólemos, «vətəndaş müharibəsi») — 1946–1949-cu illərdə Birləşmiş Krallıq və ABŞ tərəfindən dəstəklənən Yunanıstan hökumət ordusu ilə SSRİ, Yuqoslaviya, Albaniya və Bolqarıstan tərəfindən dəstəklənən Yunanıstan Kommunist Partiyasının (YKP) silahlı qanadı olan Yunanıstan Demokratik Ordusu (YDO) arasında baş tutmuş müharibə. Döyüşlər nəticəsində Yunanıstan ordusu YDO-ni məğlub etmişdir. Vətəndaş müharibəsi 1943-cü ildə başlayan sağ və sol ideologiyalar arasında yüksək qütbləşmiş mübarizənin nəticəsi idi. 1944-cü ildən qlobal qüvvələr Yunanıstanın Ox dövlətləri tərəfindən işğalının sona çatması nəticəsində yaranan güc boşluğundan istifadə etməyə çalışırdı. 1946-cı ilin yayından etibarən münaqişə kommunist tərəfdarları partizanlarla Birləşmiş Krallıq və ABŞ-nin dəstəyinə yönəlmiş monarxiya rejiminin hökumət qüvvələri arasında vətəndaş müharibəsi şəklini almışdır. Geosiyasi baxımdan Yunanıstanda vətəndaş müharibəsi bir tərəfdən Birləşmiş Krallıq və ABŞ, digər tərəfdən isə SSRİ və onun müttəfiqləri arasında Soyuq müharibənin ilk mərhələsi idi. Sovet İttifaqının yardımı dayandırdığı kommunistlərin məğlubiyyətinin nəticəsində Yunanıstan 1952-ci ildə NATO-ya daxil olmuş və Egeydə ABŞ-nin təsirinin yaranmasına səbəb olmuşdur.
Nigeriya vətəndaş müharibəsi
Nigeriyada vətəndaş müharibəsi (ing. Nigerian Civil War); bəzən Biafranın istiqlal müharibəsi (ing. Biafran War of Independence) və Biafra-Nigeriya müharibəsi (ing. Nigerian-Biafran War) — millətlərarası ziddiyyətlər və Biafra Respublikasının yaradılmasını elan edən ölkənin şərq əyalətlərini ayırmaq cəhdi nəticəsində yaranan silahlı münaqişə. 1967-ci ilin iyulundan 1970-ci ilin yanvarına qədər davam edən döyüşlər nəticəsində federal Nigeriya hökuməti üsyançıların ələ keçirdikləri ərazilərə nəzarəti bərpa edə bildi. Nigeriya vətəndaş müharibəsi Vyetnam müharibəsi ilə birlikdə 1960-cı illərin ən ölümcül münaqişəsi hesab olunur. Müxtəlif mənbələr bu vətəndaş müharibəsində 700 mindən 3 milyon nəfər qədər insanın, əsasən də müharibə cinayətləri, aclıq və xəstəliklərin qurbanı olan biafralının öldüyünü təxmin edir.